Hulusi Akar: Azərbaycandakı qardaşlarımızın ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəyik

Hazırda oxunan: Hulusi Akar: Azərbaycandakı qardaşlarımızın ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəyik

Hulusi Akar, Azərbaycandakı qardaşlarımızın ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəyik. Türkiyə, Azərbaycan, Liviya, Somali və başqa dost və qardaş dövlətlərdəki qardaşlarının ədalətli mübarizəsinə əlindən gələn dəstəyi göstərməyə davam edəcək.

195996

Türkiyə Azərbaycan, Liviya, Somali və başqa dost və qardaş dövlətlərdəki qardaşlarının ədalətli mübarizəsinə əlindən gələn dəstəyi göstərməyə davam edəcək.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar ölkə parlamentində bir sıra qanun layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin yerləşdiyi regionda ciddi proseslər gedir, ümumən qlobal səviyyədə beynəlxalq hüquq dərin böhran içindədir və indiyədək tanınmış dəyərlərə açıq şəkildə məhəl qoyulmur.
“Ölkəmiz həmişə münaqişələrin və mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olub. Bu, Kipr də daxil olmaqla, Egey və Aralıq dənizlərindəki problemlərə də aiddir. Biz Kipr türklərinin maraqlarını müdafiə etməkdə qərarlıyıq”, - deyə parlament komissiyasının rəhbəri əmin edib.

Akar qeyd edib ki, dövrümüzün çətinliklərinə baxmayaraq, Türkiyə beynəlxalq arenada sabitliyi və sülhü müdafiə edən ölkələr sırasında yer alır.

“Ölkəmiz bütün qonşu dövlətlərin sərhədlərinə və hüquqlarına hörmətlə yanaşır. Biz Türkiyənin milli təhlükəsizliyinə açıq təhdidlər yaranana qədər müharibəni cinayət hesab edirik. Ankara müharibə istəmir və bütün məsələləri dialoq yolu ilə həll etməyə çalışır. Bizim bütün hərəkətlərimiz beynəlxalq hüquq prinsiplərinə əsaslanır”, - deyə komissiya rəhbəri əmin edib.

O, eyni zamanda, Türkiyənin ölkənin maraqlarına zidd olan status-kvonun formalaşmasına icazə vermədiyini və verməyəcəyini də vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin