“Bu şəhərdə” yumoristik, estrada teatrının üzvü, Əməkdar artist Coşqun Rəhimov açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, “Şən gənc” adlı proqramda münsif olan sənətçi ər-arvad arasında inamdan söz açıb.
Coşqun sözügedən mövzunu telefona şifrə qoymaq məsələsi ilə izah edib. Rəhimov bildirib ki, ailə üzvlərinin telefonuna baxmasını özünə təhqir hesab edir:
“İnsanın insana inamı olmalıdır. Telefona şifrə qoymaq hər bir insanın öz şəxsi işidir. Hər bir insanın gizli işi və sirri olmalıdır. Mən heç zaman heç kimin telefonuna əlimi uzatmaram. Heç evdə nə uşaqlarımın, nə də ki, həyat yoldaşımın telefonuna baxmıram. Baxmağı isə özümə təhqir hesab edirəm. O inamsızlıqdan irəli gələn məsələdir. Telefonu niyə şifrəyə qoymusan? Məndən, yoxsa başqa kimdənsə şübhələnirsən?”
Rəşad Əliyev, Bizim.Media