Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Dövlət başçısı 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı ölkəmizin mövqeyini çatdırıb.
Söhbət zamanı Azərbaycan Respublikası - Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edilib və Azərbaycan Respublikası - Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:37 / 30.04.2021
Prezident Litvanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB
Hazırda oxunan: Prezident Litvanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB
Hazırda oxunan: Prezident Litvanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB
19594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.