Federasiya rəhbərliyi yeni mövsümlə bağlı müzakirələr aparıb - FOTO

Hazırda oxunan: Federasiya rəhbərliyi yeni mövsümlə bağlı müzakirələr aparıb - FOTO

195913

Bu gün Azərbaycan Texniki Universiteti idman sarayının konfrans zalında, Azərbaycan Basketbol Federasiyasının, ABL - 2024/25-ci il mövsümü klublarla gündəlikdə olan məsələlərlə bağlı müzakirə xarakterli görüşü baş tutub. 

Bizim.Media xəbər verir ki, görüşdə federasiya prezidenti Emin Əmrullayevlə yanaşı, rəyasət heyətinin üzvləri, digər federasiya rəsmiləri və klub nümayəndələri də iştirak ediblər.

Gündəlikdə, Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edəcək klubların sayı, legioner və yerli oyunçu limitləri, birinci liqa və klublara bağlı U-14 liqasının yaradılması, qadın basketbol klublarının əsaslı təşkili barədə, federasiya rəhbərliyi ilə klub rəsmiləri arasında fikir mübadiləsi aparılıb. 
İclasda bütün klub rəsmilərinin fikirləri federasiya rəhbərliyi tərəfindən diqqətə alınıb.

Sonda, federasiya prezidenti Emin Əmrullayev qarşıdakı günlərdə yekun qərarların klub rəsmilərinə bəyan ediləcəyini söyləyərək, görüşü yekunlaşdırıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin