Son illər sürətlə Azərbaycanın avtomobil bazarına daxil olan Çin istehsalı maşınlar ilə bağlı sürücü şikayətləri artmağa başlayıb. Sürücülər daha çox Çin istehsalı olan avtomobillərin servis xidmətinin olmamasından və ehtiyat hissələrinin tapılmamasından narazılıq edirlər.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, belə sürücülərdən biri sosial şəbəkə vasitəsilə etiraz edib.
Belə ki, Çin istehsalı olan “Changan” markalı avtomobilin sürücüsü bu modelin ehtiyat hissələrin olmamasından şikayətlənir. O, avtomobilin arxa hissəsinə “Çinin oyuncağı”, “6 aydır ehtiyat hissəsi gözləyirəm, satanda belə deməmişdilər” sözlərini yazaraq öz etirazını bildirir.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda Çin istehsalı olan avtomobillər nisbətən ucuz satılsa da, amma keyfiyyətsizliyi ilə ciddi narazılığa səbəb olub.
Bizim.Media