Bolqarıstanda Şuşa şəhərinin mədəni irsinin təbliğinə dair sərgi açıldı - FOTO

Hazırda oxunan: Bolqarıstanda Şuşa şəhərinin mədəni irsinin təbliğinə dair sərgi açıldı - FOTO

Bolqarıstanın Sozopol şəhərində Şuşa şəhərinin mədəni irsinin təbliğinə dair açılan sərgi haqqında məlumat. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin təsirlərinin yansıdıldığı sərgidə rəsm və fotoşəkillər nümayiş etdirilir.

195840

Bolqarıstanın Sozopol şəhərində təşkil edilən “Soleil” Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Şuşa şəhərinin tarixi-mədəni irsinin təbliği məqsədilə “Xarıbülbül – məhəbbət və sülhün rəmzi” və “Şuşa – Azərbaycanın mədəniyyət irsinin incisi” adlı rəsm və fotoşəkillərdən ibarət sərgi açılıb.

Sərgi Bakı Media Mərkəzinin dəstəyi və Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Bizim.Media-ya bildirilib ki, sərgidə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin füsunkar təbiətini, qədim tarixini və zəngin mədəniyyətini təcəssüm etdirən rəsm və fotoşəkillər nümayiş etdirilir.

Mərasimində çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Şuşa şəhərinin Azərbaycanın tarixi və mədəniyyətində tutduğu əvəzsiz yeri barədə danışıb, Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat verib.

Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə sərgilənən “Xarıbülbül – məhəbbət və sülhün rəmzi” rəsm sərgisində Bolqarıstanın incəsənət məktəblərinin şagirdləri tərəfindən xarıbülbülü təsvir edən rəsm nümunələri nümayiş etdirilib. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən Şuşa bölgəsində bitən endemik xarıbülbül gülünün Azərbaycan xalqı arasında sevgi və sülh nişanı olması ilə yanaşı, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın şanlı zəfərinin rəmzinə çevrildiyinə dair məlumat verilib.

Sərgilərin açılışından sonra festival çərçivəsində həmçinin musiqili-ədəbi gecə təşkil olunub. Azərbaycanın Əməkdar artisti Turan Manafzadənin ifası ilə milli və klassik musiqi əsərləri, həmçinin xanım Şıqayeva-Mitreskanın ifasında Azərbaycan və bolqar dillərində Ağabəyim ağa və Xurşidbanu Natəvanın şeirləri səsləndirilib.

Tədbirdə Sozopol şəhərinin meri, Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və üzvləri, mədəniyyət və ictimai xadimlər, yerli sakinlər və qonaqlar, həmçinin media nümayəndələri iştirak ediblər.

“Soleil” Beynəlxalq Frankofoniya Festivalında Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni irsinə dair təşkil olunmuş tədbirlər iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb və yerli media tərəfindən geniş işıqlandırılıb.

Sərginin iyunun 8-dək davam edəcək.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin