“Borussiya”nın üzvü İtaliya klubuna keçir

Hazırda oxunan: “Borussiya”nın üzvü İtaliya klubuna keçir

195724

"Borussiya" ilə müqaviləsi başa çatan Mats Hummels komandadan ayrılacaq. 

Bizim.Media xəbər verir ki, almaniyalı mərkəz müdafiəçisi karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır. Bu barədə "Corriere dello Serra" nəşri məlumat yayıb. 

"Roma" azad agent statusunda olan 35 yaşlı futbolçuya 2+1 illik müqavilə təklif edəcək. ABŞ və Səudiyyə Ərəbistanından da təkliflər alan təcrübəli oyunçu Avropada qalmaq qərarı verib.

Qeyd edək ki, Mats Hummels "Borussiya"nın heyətində meydana çıxdığı 508 rəsmi matçda 38 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin