Tərtərdəki məzarlıqda 30 ildən çox naməlum döyüşçü kimi saxlanılan Osman Xəlifə oğlu Rəcəbovun da ruhu dinclik tapıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidi Osman Rəcəbovun nəşi bu gün saat 17-00-da doğulduğu Xaçmaz rayonunun Maqsudkənd yaşayış məntəqəsinə gətirilib.
Ata yurdunda şəhidin doğmaları onun nəşi ilə vidalaşdıqdan sonra cənazə kənd qəbiristanlığına aparılıb.
Osman Rəcəbovun ruhu hörmətlə anılıb, xatirəsinə hərbçilər yaylım atəşi açıblar.
Osmanın nəşinə bükülmüş üçrəngli Azəbaycan bayrağı böyük qardaşına təqdim olunub. Doğmaları illər sonra Osmanın qalıqlarının tapılaraq doğma kəndlərində basdırılmasında zəhməti olan rəsmi qurumların əməkdaşlarına təşəkkür ediblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:15 / 04.06.2024
Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO
Hazırda oxunan: Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO
Hazırda oxunan: Tərtərdə qalıqları tapılan şəhidimiz Xaçmazda DƏFN EDİLDİ - FOTO
Tərtərdəki məzarlıqda 30 ildən çox naməlum döyüşçü kimi saxlanılan Osman Xəlifə oğlu Rəcəbovun nəşi doğulduğu Xaçmaz rayonuna dəfn edilmişdir. Şəhidin ruhu hörmətlə anılmış, xatirəsine hərbçilər yaylım atəşi açmışlar. Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
195696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.