Şuşa hər birimiz üçün əzizdir - Fərid Qayıbov

Hazırda oxunan: Şuşa hər birimiz üçün əzizdir - Fərid Qayıbov

195689

"Şuşa hər birimiz üçün əzizdir. Çünki uzun müddət işğal altında olub".

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Şuşa şəhərinin İslam Əməkdaşlıq Təşkilatının 10-cu Gənclər Paytaxtına ev sahibliyi etməsi tədbirinin açılış mərasimində deyib.

O, Şuşa şəhərini Gənclər Paytaxtı seçdiyi üçün İslam Əməkdaşlıq Təşkilatına təşəkkür edib:

"Hər zaman Azərbaycanda gənclər günü qeyd olunub. Prezident İlham Əliyevin gənclərə dəstəyi böyükdür. Ölkə əhalisinin çox hissəsi gənclərdən ibarətdir. Hazırda dünyada vəziyyət gərgindir, münaqişələr davam edir. Ancaq inanıram ki, dostluq sayəsində gələcəkdə sakitlik bərqərar olacaq".

Xatırladaq ki, İƏT “Gənclər Paytaxtı” beynəlxalq proqramı 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT Xarici İşlər Nazirlərinin Konfransında İƏT-ə üzv 56 ölkənin xarici işlər nazirlərinin səsverməsi ilə qəbul edilib və ilk İƏT “Gənclər Paytaxtı” Türkiyə Respublikasının İstanbul şəhəri olub. 
Şuşa İslam dünyasında bu missiyanı yerinə yetirən 10-cu şəhərdir. 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin