“Azərlotereya” 2023-cü il üçün 63.2 milyon vergi ödəyib – FOTO  

Hazırda oxunan: “Azərlotereya” 2023-cü il üçün 63.2 milyon vergi ödəyib – FOTO  

Azərlotereya 2023-cü il üçün 63.2 milyon vergi ödəyib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Şirkətin xalis mənfəəti 35,8 milyon manat təşkil edib. 2023-cü il ərzində şirkət 6,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini artırıb.

195682

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2023-cü il üzrə maliyyə hesabatını təqdim edib. 

Bizim.Media xəbər verir ki, 2023-cü ildə “Azərlotereya”nın satışdan gəlirləri 260,96 milyon manat təşkil edib.

Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bu göstərici 2022-ci illə müqayisədə 21 faiz artıb. 

Bununla yanaşı, şirkətin xalis mənfəəti 35,8 milyon manat təşkil edib. 

2023-cü il ərzində şirkət 6,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 23,5 milyon manatdan 30,3 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”nın 2023-cü ilin sonu cəmi aktivləri 96,7 milyon manat təşkil edib. Şirkətin 2022-ci ilin sonunda cəmi aktivləri 87,7 milyon manat olub. 

Qeyd edək ki, “Azərlotereya”nın cəmi kapitalı 85 faiz artaraq, 29,3 milyon manata çatıb. 

“Azərlotereya”nın 2023-cü il hesabat dövrünə aid hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 63.2 milyon manat təşkil edib. 2022-ci ildə bu göstərici 54.7 milyon manat olub. 
Hesabatla daha ətraflı “Azərlotereya”nın saytından tanış ola bilərsiniz. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin