Salyanda iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişdi – TƏFƏRRÜAT 

Hazırda oxunan: Salyanda iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişdi – TƏFƏRRÜAT 

195636

Dünən axşam saatlarında Salyanda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub. 

Bizim.Media xəbər verir ki, hadisə Ağaxan Ağabəyli 54 ünvanında yerləşən 5 mərtəbəli binada baş verib. 

Bədbəxt hadisə uşağın valideynləri bu binanın 4-cü mərtəbəsində yenicə aldıqları evə baxış keçirərkən baş verib.

Belə ki, 18.01.2022-ci il təvəllüdlü Məlikov Rafiq Elnur valideynlərinin nəzarətindən yayınaraq qoruyucusu olmayan pəncərə önünə keçib. Elə həmin pəncərədən də binanın həyətinə yıxılan uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti agır olan uşaq Bakıya hospitalizasiya olunsa da o, elə yolda keçinib. Faktla bağlı araşdırma aparılır. 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin