Kanadalı professor: “Ermənistandakı etirazların arxasında Fransa və ABŞ dayanır” – EKSKLÜZİV 

Hazırda oxunan: Kanadalı professor: “Ermənistandakı etirazların arxasında Fransa və ABŞ dayanır” – EKSKLÜZİV 

Kanadalı professorun deyimi ilə Ermənistandakı etirazların arxasında Fransa və ABŞ dayanır. Professor, Ermənistandakı gündəlik aksiyalar və ötən perspektivlə bağlı fikirlərini açıqlayır.

195583

“Hazırda Paşinyan administrasiyası üçün ciddi təhlükə yoxdur. Çünki Ermənistanın Baş naziri parlament çoxluğunu özündə saxlayır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ermənistandakı etiraz aksiyalarını şərh edən Qafqaz regionu üzrə ekspert, Kanadanın Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun professoru Robert Katler deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda etirazçılar özlərini zəncirlədilər – FOTO/VİDEO  


Professor hesab edir ki, Ermənistandakı ksenofob ideologiyanın arxasında Fransa və ABŞ dayanır:

“Onların (etirazçılar) gündəliyi aydındır. Onlar növbədənkənar seçkiləri deyil, birbaşa Paşinyanın istefasını tələb edirlər. Lakin Ermənistanda yaxın perspektivdə hakimiyyət dəyişikliyi mümkün deyil. Buna baxmayaraq, müxalifətin gücü xalqın Paşinyandan narazılığının təsir dairəsindən xəbər verir. 

Burada təkcə “Qarabağ klanı” əsas rol oynamır. ABŞ və Fransanın himayədarlıq etdiyi radikal erməni diasporunun da Ermənistan cəmiyyətinə güclü təsiri var. Bu səbəbdən, Paşinyanın regionda sülhün əldə olunmasının faydalarını 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində xalqa göstərə bilməsi vacibdir”, - deyə R.Katler əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin