İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf prezident seçkilərində namizədliyini irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf növbədənkənar keçirilən 14-cü prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Məlumata görə, o, günorta saatlarında İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahında qeydiyyatdan keçib.
Qeyd edək ki, növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Bizim.Media