SOCAR-ın Türkiyə ofisinə hücum edənlər TUTULDU – VİDEO  

Hazırda oxunan: SOCAR-ın Türkiyə ofisinə hücum edənlər TUTULDU – VİDEO  

195470

SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fələstin Üçün Min Gənc” təşkilatının 13 üzvü tutulub. 

Saxlanılan şəxslərin izahatlarının alınacağı, sabah isə ədliyyə orqanlarına təslim ediləcəyi bildirilir. 
Qeyd edək ki, bir neçə gün öncə SOCAR-ın İstanbulda yerləşən ofisinə hücum edilib. Buna səbəb kimi, "SOCAR-ın İsrailə neft satdığı" bəhanə edilib. 

“SOCAR Türkiyə” isə bu gün məlumat yayaraq İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət yaydığı açıqlamada bununla əlaqədar ittihamları əsassız adlandırıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin