Qabi Aşkenazi İsraildə səfirliyimizin anonsunu verdi - FOTO

Hazırda oxunan: Qabi Aşkenazi İsraildə səfirliyimizin anonsunu verdi - FOTO

19547

“Hazırda Azərbaycanla dostluğumuz İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində bir addımdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Twitter” hesabında İsrail xarici işlər naziri Qabi Aşkenazi qeyd edib. O, bu gün Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın onlayn iclasından sonra belə yazıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın İsraildə açacağı turizm bürosu səfirliyə çevrilə bilərmi? – Fərid Şəfiyevdən CAVAB


“Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum."

"Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir. Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır”.

Qeyd edək ki, yaxın vaxtlarda Azərbaycanın İsraildə turizm və ticarət bürolarının açacağı gözlənilir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin