Qırğızıstan xüsusi təyinatlıları Tacikistanın sərhəd postunu ələ keçirdi – VİDEO

Hazırda oxunan: Qırğızıstan xüsusi təyinatlıları Tacikistanın sərhəd postunu ələ keçirdi – VİDEO

19545

Qırğızıstan Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələri Tacikistanın sərhəd postunu ələ keçirib.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Sərhəd Xidməti yayıb.

Rəsmi Düşənbə Qırğızıstan hərbçilərini Tacikistan sərhədçilərinə atəş açmaqda günahlandırıb.

TASS-ın məlumatına görə, bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsindən bildirilib.

Qeyd olunub ki, aprelin 29-da, saat 13:05-də (Bakı vaxtı ilə 12:05-də) “Qolovnoy” su paylama məntəqəsinin İsfara çayının yuxarı axarında yerləşən hissəsində Qırğızıstan hərbçiləri Tacikistan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açıblar.

Düşənbə Qırğızıstan tərəfinin bu hərəkətlərini Tacikistanla ikitərəfli müqavilələrin pozulması kimi qiymətləndirib.

Qeyd olunub ki, 1924-1927-ci illərin, eləcə də 1989-cu ilin xəritələrinə uyğun olaraq, münaqişəyə səbəb olmuş “Qolovnoy” su paylama məntəqəsi tamamilə Tacikistan Respublikasına məxsusdur və 1968-ci ildən bəri Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarının sərhəd bölgələrinin suvarma və su təchizatı üçün istifadə edilir.

“İnterfaks” isə Qırğızıstanın Batken rayonu icra hakiminin müavini Marufxan Tulayevə istinadən xəbər verir ki, atəşi Tacikistan tərəfi açıb və bundan sonra qırğız sərhədçiləri cavab atəşi açıblar.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Başından güllə yarası almış tacik vətəndaşlarından birinin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir. (Report)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin