Avtobus və metroda kondisionerlər nə vaxt işə salınacaq? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Avtobus və metroda kondisionerlər nə vaxt işə salınacaq? – RƏSMİ AÇIQLAMA 

195445

Bir neçə gündür ölkədə havanın temperaturu yüksəlib. Uzun müddət davam edən sərin havanın ardından istilərin düşməsi evdə, iş yerlərində, ictimai nəqliyyatda soyutma sistemindən istifadəni zəruri edib.

Amma hələki marşrut avtobuslarında və metro qatarlarında sərinlik hiss edə bilmirik. Nəzərə alaq ki, gur saatlarda avtobus və metro qatarlarında insanlar sıx olduğu üçün isti dözülməz həddə çatır.
 

MÖVZU İLƏ BAĞLI:

Avtobuslarda kondisionerlər nə vaxtdan işə salınacaq? – RƏSMİ AÇIQLAMA 


Bəs ictimai nəqliyyatda soyutma sistemi nə zaman işə salınacaq?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, havaların isinməsi ilə əlaqədar daşıyıcılara xəbərdarlıq məktubu göndərilib:

“Müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür. Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.

Qeyd edək ki, prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib”.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə saytımıza açıqlamasında bildirib ki, metopolitendə havalandırma sistemi avtomatik çalışır:

“Metropolində kondinsionerlər mikroiqlim nəzarəti sistemlərinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Burada sadəcə havanın hərarəti deyil, eyni zamanda, bir neçə mikroiqlim parametrləri, oksigenin miqdarı, havanın çirkliliyi və digər parametrlər üzrə ölçmələr aparır. Sistem avtomatik çalışır və bu səbəbdən də ilboyu onun dayandırlmasına ehtiyac yoxdur. 

Nümunə üçün bildirək ki, yanvar ayında havalar soyuq olur, orta tempertur 20 dərəcəni aşmır. Qəfil temperaturu dəyişsə, 35-40 dərəcəyə qalxsa, təbii ki, yerin altına da təsirini göstərəcək, havanın hərarəti dəyişəcək. Bu, o demək deyil ki, biz o kondinsionerləri əllə müxtəlif rejimə salmalıyıq. Avtomatik olduğundan salondakı havanın hərarətini sistem özü təyin edir”.

O, yay aylarında kondinsionerlərin daha yüksək intnsivliklə çalışdığını deyib:

“Müxtəlif dövrlərdə insanlar sistemin iş rejimini mextəlif cür hiss edirlər. Yayda təbii ki, kondinsionerlər yüksək intensivliklə çalışırlar ki, bu səbəbdən də yayda bunu daha çox hiss edirsiniz. Yəni kondinsionerlərin söndürülməsi məsələsi metropolitendə heç vaxt mövzu olmayıb”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin