Aparıcı Nurlana: “Şuşaya çatanadək, müharibəni xatırladıqca, şəhidlərimizi andıqca ağladım” - FOTO

Hazırda oxunan: Aparıcı Nurlana: “Şuşaya çatanadək, müharibəni xatırladıqca, şəhidlərimizi andıqca ağladım” - FOTO

195398

“Ah, gözəl Şuşa! Nə yazım, heç bilmirəm… Füzulidən Şuşaya qədər olan yolu necə bir heyranlıqla getdiyimi xatırlayıram. İlk səfərim idi o müqəddəs diyara. Ana nənəm Şuşalı idi. Bütün uşaqlığım qadının xatirələrini, onun təsvirlərini dinləməklə keçib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “İctimai” televiziyanın aparıcısı Nurlana Cəfərova sosial şəbəkə hesabında yayımladığı postda yazıb. 

Bir sıra məşhurlarla Şuşaya yollanan televiziya ulduzu orada çəkdiyi fotolarını izləyiciləri ilə bölüşərək fikirlərini bu sözlərlə ifadə edib:

“Şuşaya çatanadək, bir-birindən zəngin təbiət mənzərələrini gördükcə, müharibəni xatırladıqca, şəhidlərimizi andıqca ağladım… Bu inanılmaz hisslər idi. Çiçək qoxulu Qarabağ! Nə yaxşı yuxumuz çin, arzumuz gerçək oldu, qovuşduq...”. 












Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin