Almaniya kanslerinin Brejnevə hədiyyə etdiyi “Mercedes” satışa çıxarıldı - FOTO

Hazırda oxunan: Almaniya kanslerinin Brejnevə hədiyyə etdiyi “Mercedes” satışa çıxarıldı - FOTO

Almaniya kanslerinin Brejnevə hədiyyə etdiyi Mercedes-Benz 450 SLC avtomobili satışa çıxarıldı. Avtomobil 1973-cü ildə SSRİ-yə gəlib və SSRİ Daxili İşlər Nazirliyinin rəhbərinin oğlu İqor Şelokovda olmuşdur. Təxminən 20 milyon rubl (376 min AZN) qiymətində satılır.

195358

Rusiyada Almaniya kansleri Villi Brandt tərəfindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə hədiyyə edilən Mercedes-Benz 450 SLC avtomobili satışa çıxarılıb.

Bizim.Media musavat.com saytına istinadən xəbər verir ki, avtomobil 1973-cü ildə SSRİ-yə gəlib və SSRİ Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbəri Nikolay Şelokovun oğlu İqor Şelokovda olub.

Avtomobilin yürüşü azdır və vilur salonda aşınma izi yoxdur. Mercedes-in kapotunun altında 4,5 litr həcmə və 225 at gücünə malik V8 mühərriki var. Sürət qutusu üç pilləli hidromexaniki avtomatdır.
Avtomobilin təxmini qiyməti 20 milyon rubl ( təxmini 376 min AZN) təşkil edir.

Brejnevə hədiyyə edilən Mercedes-Benz Rusiyada yenidən qeydiyyata alınmayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin