Prezidentin köməkçisi: Türk Dünyası bizim ailəmizdir! - FOTO

Hazırda oxunan: Prezidentin köməkçisi: Türk Dünyası bizim ailəmizdir! - FOTO

Prezidentin köməkçisi Türk Dünyasının önəmi və regional münasibətləri vurğulayaraq Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb. Hikmət Hacıyev, Almatıda keçirilən diplomatiq görüş çərçivəsində ölkələr arasında qardaşlıq münasibətlərinin perspektivlərini və regional məsələləri müzakirə edib.

195355

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev Türkiyə səfiri ilə regiondakı vəziyyəti müzakirə etdi – FOTO  


Hikmət Hacıyev qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.

"Türk Dünyası bizim ailəmizdir!", - Prezidentin köməkçisi qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin