Astarada yük maşını 14 yaşlı velosipedçini vurdu

Hazırda oxunan: Astarada yük maşını 14 yaşlı velosipedçini vurdu

Astarada yük maşını, 14 yaşlı velosipedçini vurdu. Velosipedçi ağır vəziyyətdə xəstəxanaya çatdırıldı. Araşdırma aparılır.
195346

Astarada "QAZ - 66" markalı yük maşını  velosipedçini vurub. Hadisə Astara rayonunun Züngüləş kəndində baş verib. 

Bizim.Media xəbər verir ki, belə ki, hərəkətdə olan "QAZ - 66" markalı yük vasitəsi  velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010 - cu il təvəllüdlü şəxsi  vurub. 

Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. 
Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin