İsrail prezidenti girovların qaytarılması ilə bağlı sazişin bağlanmasını dəstəklədi

Hazırda oxunan: İsrail prezidenti girovların qaytarılması ilə bağlı sazişin bağlanmasını dəstəklədi

195345

İsrail prezidenti İsaak Hersoq baş nazir Benyamin Netanyahuya və hökumətə ABŞ prezidenti Co Baydenin mayın 31-də açıqladığı girovların qaytarılması ilə bağlı razılaşmaya dəstək verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə o, X-də paylaşım edib.

"Mən prezident Baydenə çıxışına və Qəzza zolağında radikal Fələstin hərəkatı HƏMAS tərəfindən saxlanılan bütün girovları azad etmək üçün göstərdiyi səylərə görə təşəkkür etmək istəyirəm. Bu kontekstdə mən Baş nazirə məlumat verdim ki, girovların azad edilməsinə gətirib çıxaracaq razılaşmanın əldə edilməsində ona və hökumətə tam dəstəyimi verəcəyəm”, - bəyanatda deyilir.
Qeyd edək ki, mayın 31-də Bayden İsrail və HƏMAS arasında tam atəşkəs mümkünlüyünü ehtiva edən çoxmərhələli razılaşmanın təfərrüatlarını təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin