Paşinyan Baqratın etirazına velosiped sürməklə cavab verdi - VİDEO

Hazırda oxunan: Paşinyan Baqratın etirazına velosiped sürməklə cavab verdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan, keşiş Baqrat Qalstanyanın etirazına velosiped sürməklə cavab verdi. Paşinyanın həyatını davam etdirən video görüntüləri izləyin.

195339

Ermənistan baş naziri Nikol Paşinyan velosiped sürərkən özünü videoya çəkib və paylaşıb.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Paşinyan öz paylaşımına belə bir müşayiətçi cümlə də yazıb:

"Velosipedçilər günü vəsiləsi ilə".

Görünən budur ki, keşiş Baqrat Qalstanyan Ermənistanı dolaşıb, qan-tər içində aksiyalar keçirir. Nikol Paşinyan isə onu və etirazçıları vecinə də almadan öz işini, həyatını, görüş və əyləncəsini davam etdirir.

Xatırladaq ki, 1 aydan çoxdur ki, Ermənistan müxalifəti Qazaxın kəndlərinin qaytarılması, delimitasiya prosesinə start verilməsi bəhanəsi ilə "Tavuş naminə Ermənistan" adlı hərəkat quraraq, Paşinyanı devirməyə çalışır.
Erməni Katolik Kilsəsi də prosesə dəstək verir. Bu kilsəyə bağlı arxiyepiskop Baqrat Qalstanyan hazırda etirazların formal lideridir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin