Ermənistanın ikinci Prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşündə deyib ki, Dağlıq Qarabağın ərazilərini, xüsusən də Şuşa və Hadrutu qaytarmaq ehtimalı var.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “panorama.am” saytı yayıb.
Köçəryanın sözlərinə görə, müharibənin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qanuni olaraq tanınması zəif arqument kimi qəbul edilir.
“Belə çıxır ki, 92-94-cü illərdəki müharibədən sonra “məsələlərimizi həll etdik, danışıqlar aparmırıq” sözlərini deyəydik. Əslində deyildi və bu, müharibəyə gətirib çıxardı. Biz Qarabağın Ermənistan olduğunu söylədik və nöqtə qoyduq. Bundan əlavə, cənubda bir sıra iqtisadi layihələr elan olundu və nəticədə danışıqlar prosesini dalan vəziyyətinə gətirdik. Düşmən məsələni həll etmək üçün müharibədən savayı başqa yol tapmadı”, deyə Robert Köçəryan qeyd edib.
O, Şuşa və Hadrut məsələsini qanuni və danışıqlar yolu ilə həll etmək üçün kifayət qədər əsasların olduğunu vurğulayıb.
“Bizim deyəcək sözümüz və bu məsələni irəli aparmaq üçün səbəblərimiz var. Ümumiyyətlə müharibədə məğlub olmaq acıdır. Əvvəlcə məğlubiyyətə düçar olmamaq üçün hər şeyi etməlisən, sonra da elə şərait yaratmalısan ki, yeni müharibə olmasın”.
Haşiyə: Robert Köçəryan Şuşa və Hadrut məsələsində qanuni və danışıqlar yolu deyəndə görəsən nəyə işarə vurur? Bəlkə o, düşünür ki, Azərbaycan şəhidlərin qanı və canı hesabına aldığı Şuşa və Hadrutu ermənilərə geri verəcək. Bu düşüncə yalnız ermənilərin beynində kök sala bilər. Azərbaycanlıların beynində isə işğalda olan digər ərazilərimizdə bayrağımızı ucaltmaq, icraedici orqanlarımızın, güc strukturlarımızın fəaliyyətini bərpa etmək düşüncəsi var. Və o düşüncənin reallığa çevrilməsi heç də uzaqda deyil.
Bizim.Media
- A-
- A
- A+
Region
16:42 / 29.04.2021
Robert Köçəryandan sərsəm açıqlama: “Şuşa və Hadrut məsələsini danışıqlar yolu ilə həll edə bilərik”
Hazırda oxunan: Robert Köçəryandan sərsəm açıqlama: “Şuşa və Hadrut məsələsini danışıqlar yolu ilə həll edə bilərik”
Hazırda oxunan: Robert Köçəryandan sərsəm açıqlama: “Şuşa və Hadrut məsələsini danışıqlar yolu ilə həll edə bilərik”
19529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.