Televizorlarda casus proqramları quraşdırılıb - Dövlət Xidməti

Hazırda oxunan: Televizorlarda casus proqramları quraşdırılıb - Dövlət Xidməti

19525

Skyworth” markalı televizorların sahibləri casus proqramları aşkar edib.

Bu barədə Bizim.Media-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Tədqiqatçılar bu məqsədlə televizorlara xüsusi “Gozen Data” proqramının quraşdırıldığını iddia edirlər. Zərərverici proqram Wi-Fi-ya qoşulmuş IP ünvanlarını, MAC ünvanlarını və cihazların adlarını toplayaraq gz-data.com platformasına ötürür.

“Skyworth”un nümayəndələri məlumat toplanmasını casusluq üçün deyil, yalnız və yalnız kommersiya məqsədilə olunduğunu iddia edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin