Macarıstanın paytaxtı Budapeştdə “Sülh Yürüşü” keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatında video görüntülər yayılıb.
Yürüş təşkilatçıları “Macarıstanın Ukraynadakı müharibədə iştirakına” və “NATO-nun Avropada yeni müharibəyə başlamasına” etiraz olaraq bu yürüşü təşkil etdiklərini bildiriblər.
Minlərlə insanın qatıldığı yürüşün sonunda ölkənin Baş naziri Viktor Orban aksiya iştirakçıları qarşısında çıxış edəcək.
Bizim.Media