Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu”nda "Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti" paneli təşkil olunub.
Bizim.Media xəbər verir ki, forumun 2-ci panelində Azərbaycanda Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyətinə toxunulub, təkliflər səsləndirilib.
İlk çıxış edən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idarə rəisi Elçin Mahmudov bildirib ki, kiber təhdidlərə qarşı birgə mübarizə aparılmalıdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxışında sahə üzrə hərbi xidmətə yollanan çox sayda güclü mütəxəssislərin olduğunu qeyd edib:
"Düşünürəm ki, kiber ordunun yaradılması çox vacib məsələdir. Uzun müddətdir bunu təklif edirik, amma bu xeyli çətin yoldur".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli isə bildirib ki, kiber təhdidlərlə mübarizədə həm özəl, həm dövlət qurumlarının birgə əməkdaşlığı effektiv həlldir. O, maarifləndirmə tədbirlərinin sayının artırılmasına da ehtiyac olduğunu deyib:
"Əsas amil ictimaiyyətin maarifləndirilməsidir. İstənilən halda maarifləndirmə tədbirləri vətəndaşa çatmalıdır ki, onlar bu təhdidlərin idarə edilməsini təmin edə bilsinlər".
Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov bu sahədə ümidli olduqlarını vurğulayıb:
"Ekosistemin bir iştirakçısı olaraq ümidliyik. Bizim iddiamız bu sahədə ən yaxşı tərəfdaş olan qurum olmaqdır".
Paneldə çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnformasiya Təhlükəsizliyi departamentinin rəhbəri Namiq Heydərov informasiya təhlükəsizliyinin bir neçə kommunakisayadan ibarət olduğunu qeyd edib:
"İnsan faktoru çox önəmlidir. Ona görə də davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirilməlidir . Həmçinin, innovativ texnologiyalara sərmayə etmək lazımdır".
Qeyd edək ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilir. Tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və "Azerconnect Group"un əsas tərəfdaşlığı ilə baş tutub.
Onu da bildirək ki, Bizim.Media III Milli Kibertəhlükəsizlik Forumunun media tərəfdaşıdır.
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:51 / 01.06.2024
Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti MÜZAKİRƏ edilib – FOTO
Hazırda oxunan: Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti MÜZAKİRƏ edilib – FOTO
Hazırda oxunan: Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti MÜZAKİRƏ edilib – FOTO
Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti MÜZAKİRƏ edilib – FOTO Bakıda 'Yaşıl dünya naminə həmrəylik ili'nə həsr olunmuş 'III Milli Kibertəhlükəsizlik Forumu'nda 'Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti' paneli təşkil olunub.
195182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.