Boksçumuz lisenziya turnirində ¼ finala yüksəldi

Hazırda oxunan: Boksçumuz lisenziya turnirində ¼ finala yüksəldi

Boksçumuz Zeynəb Rəhimova lisenziya turnirində ¼ finala yüksəlib. Banqkokda davam edən II Dünya Olimpiya Təsnifat Turnirində rəqiblərini məğlub edərək növbəti mərhələyə yüksəlib. Rəhimova növbəti görüşündə Koreyalı rəqibi ilə çıxış edəcəkdir.

195167

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Bizim.Media xəbər verir ki, yarışın doqquzuncu günündə Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

Zeynəb Rəhimova (54 kq) 1/8 finalda Ornella Havyarimana (Burundi) ilə üz-üzə gəlib.
Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Rəhimova növbəti görüşündə Aeji İm (Koreya Respublikası) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək.

Döyüş iyunun 2-də olacaq.

Qeyd edək ki, yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin