“Azərbaycanla sərhəddə neytral zona yaradılmalıdır” - Erməni general

Hazırda oxunan: “Azərbaycanla sərhəddə neytral zona yaradılmalıdır” - Erməni general

19510

Zəngəzur mahalında (Sünik) neytral zonanın yaradılması gələcəkdə insidentlərin istisna edilməsinə imkan verəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-leytenant Stepan Melkonyana istinadən yayıb.

O, parlamentdəki jurnalistlərə bölgədəki vəziyyəti şərh edib.

Melkonyan qeyd edib ki, neytral zona hər iki tərəfdə, xüsusilə bölgə sakinləri və əsgərlər arasında təmasın istisna edilməsi üçün vacibdir.

Onun sözlərinə görə, məlum səbəblərə görə delimitasiya və demarkasiyadan əvvəl təhlükəsizlik barədə danışmağa ehtiyac yoxdur:

“O zamana qədər hadisələrin qarşısının alınacağını demək, sadəcə fantaziya janrında deyilən sözə bənzəyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin