Serj Sarkisyana bəraət verildi, prokurorluq hökmdən protest verəcək

Hazırda oxunan: Serj Sarkisyana bəraət verildi, prokurorluq hökmdən protest verəcək

195089

İrəvan məhkəməsi "dizel işi" üzrə dövlətə 1 milyon dollara yaxın zərər vurmaqda ittiham olunan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bəraət verib.

Bizim.Media xəbər verir ki, Ermənistan Prokurorluğu hökmdən protest verəcək.

İttiham aktına görə, Serj Sarkisyan, Barseq Beqlaryan, Samvel Qalstyan, Qevork Arutyunyan və Serqo Karapetyan cinayət əlaqəsinə girərək, 2013-cü ilin yanvar-fevral aylarında hökumətin ehtiyat fondundan ayrılan təqribən 1 milyon 266 min ABŞ dolları məbləğindəki subsidiya məbləğini mənimsəyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin