Bu legioner “Sumqayıt”dan GETDİ

Hazırda oxunan: Bu legioner “Sumqayıt”dan GETDİ

195082

Erik Sorqa ilə "Sumqayıt" arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, estoniyalı hücumçu ilə yollar ayrılıb.

"Kimyaçılar" ona göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Erik Sorqa ötən mövsümün əvvəlindən "Sumqayıt"ın uğurları üçün çalışırdı. Bu müddət ərzində 27-si Premyer Liqa və 3 kubok matçında meydanda olub.

24 yaşlı hücumçu bu qarşılaşmalarda 7 qol (5 Premyer Liqa; 2 kubok) və 3 məhsuldar ötürmə (2 Premyer Liqa; 1 kubok) ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin