Azərbaycan millisinin Slovakiya və Bolqarıstanla oyunlar üçün heyəti AÇIQLANDI

Hazırda oxunan: Azərbaycan millisinin Slovakiya və Bolqarıstanla oyunlar üçün heyəti AÇIQLANDI

195078

Azərbaycan U-21 millisinin Slovakiya və Bolqarıstana qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız Slovakiya ilə iyunun 7-də Bratislavada, Bolqarıstanla isə 11-də isə Bakıda qarşılaşacaq.

İyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.

“Qarabağ” klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra, iyunun 3-də kollektivə qoşulacaqlar.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlayacaq.

U-21-in heyəti belədir: Amin Ramazanov, Nəriman Axundzadə (ikisi də "Qarabağ"), Xəyal Fərzullayev ("Sumqayıt"), Yusif İmanov, Seymur Məmmədov, Xəyal Əliyev (hamısı "Sabah"), Süleyman Damadayev, Qurban Səfərov, Samir Məhərrəmli (hamısı "Şamaxı"), İbrahim Ramazanov, Eşqin Əhmədov, Şahin Şahniyarov (hamısı "Qəbələ"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Abdulla Rzayev, Ramin Nəsirli ("Araz-Naxçıvan"), Rüfət Əhmədov, Mahir Həsənov (ikisi də "Kəpəz"), Rüfət Abbasov, Elcan Əbilov, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Murad Vəliyev ("Nomme United", Estoniya), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (ikisi də "Səbail").

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin