Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən "Sağlam həyat" günlərinə yekun vurulub.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Laçın bulvarında iki gün davam edən tədbirə 100-dən çox iştirakçı qoşulub.
Müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.
"Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:13 / 30.05.2024
Laçın bulvarında iki gün davam edən tədbir sona çatdı - FOTO
Hazırda oxunan: Laçın bulvarında iki gün davam edən tədbir sona çatdı - FOTO
Hazırda oxunan: Laçın bulvarında iki gün davam edən tədbir sona çatdı - FOTO
Laçın bulvarında iki gün davam edən tədbir sona çatdı - FOTO Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən 'Sağlam həyat' günlərinə yekun vurulub. 100-dən çox iştirakçı qoşulub və müxtəlif idman növlərində aktivliklər həyata keçirilib. Normativləri yerinə yetirən iştirakçılara sertifikatlar təqdim olunub. Layihə işğaldan azad edilmiş bölgələrdə ilk dəfə təşkil olunub.
194899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.