Ermənistan Azərbaycan ərazilərini mina ilə çirkləndirdiyinə görə təzminat ödəməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında bildirib.
BMTM sədri vurğulayıb ki, mina problemi Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesində vacib hissəni təşkil edir:
"Mina probleminin miqyası çox böyükdür və bu məsələ ilə mübarizədə Azərbaycana kifayət qədər beynəlxalq dəstək verilmir. Xüsusən də mövzu Ermənistan olduqda humanitar şou yaradan dövlətlər bu barədə qərəzli mövqe sərgiləyirlər”.
O bildirib ki, Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə Azərbaycan ərazisində baş verib. Dağıntılar, mina ilə çirklənmə məhz Azərbaycan torpaqlarında həyata keçirilsə də, buna baxmayaraq, ölkəmizə müvafiq həcmdə yardım göstərilmədi. Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi Ermənistanın təcavüzkar və işğalçı siyasətinin mahiyyətini ortaya qoyur.
Qeyd edə bilərik ki, həmin minaların böyük qismi Ermənistanda istehsal olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:46 / 30.05.2024
Ermənistan Azərbaycana təzminat ödəməlidir - Fərid Şəfiyev
Hazırda oxunan: Ermənistan Azərbaycana təzminat ödəməlidir - Fərid Şəfiyev
Hazırda oxunan: Ermənistan Azərbaycana təzminat ödəməlidir - Fərid Şəfiyev
Ermənistan Azərbaycan ərazilərini minalar ilə çirkləndirdiyindən dolayı təzminat ödəməlidir - Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri bu məsələ haqqında fikirlərini bildirib.
194897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.