Rusiya prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyəti müddəti bitməsinə baxmayaraq, hakimiyyətdə qalmasına münasibət bildirərək, bu kontekstdə ilginc açıqlamalar və anonslar verib.
O, bildirib ki, Ukraynada yeganə legitim hakimiyyət parlament və Ali Radanın spikeridir:
“Görünən və mənə məruzə olunan ilk şey odur ki, Ukrayna konstitusiyasında səlahiyyətlərin uzadılması nəzərdə tutulur, ancaq Radanın səlahiyyətləri uzadılır və Ukrayna prezidentinin səlahiyyətlərinin uzadılması barədə heç nə deyilmir. Ukrayna Konstitusiyasının 111-ci maddəsi var ki, ali hakimiyyətin səlahiyyətləri parlamentin spikerinə verilir, xüsusən də hərbi vəziyyət şəraitində parlamentin səlahiyyətləri uzadılır”.
Putin əlavə edib ki, Ukrayna dövlətçiliyi prezidentlik yox, parlamentli respublika ideyasına əsaslanır: “Konstitusiyanın özünün və onun əsasında qəbul edilən hüquqi aktların bu şəkildə qurulması tamamilə məntiqlidir”.
Rusiya prezidenti deyib ki, Ukraynada hakimiyyətin legitimliyi sualına yekun cavabı Ukraynanın siyasi və hüquqi sistemi verməlidir və “bu o qədər də çətin deyil”.
Putinin gözlənilməz açıqlaması fonunda görəsən, Ukraynada hakimiyyət çevrilişi hazırlanır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ukrayna mövzusu beynəlxalq gündəlikdə öz yerini bərkitməklə yanaşı, həm də yeni-yeni dilemaları üzə çıxarır:
“Hansı ki, onunla bağlı birmənalı cavablar hələ ki, yoxdur. Zelenskinin prezidentlik dövrünün bitməsilə onun səlahiyyət müddəti də bitib. Bununla əlaqədar olaraq həm ölkə daxili, həm də xaricdə ziddiyyətli fikirlər, təzadlı yanaşmalar irəli sürülür. Məsələyə Rusiyanın yanaşması da aydındır. Putin bildirib ki, Zelenski artıq Prezident deyil. Onun dövləti idarəetmə səlahiyyəti avtomatik olaraq Ali Radaya keçir”.
Politoloq qeyd edir ki, məsələ ilə bağlı son sözü Ukrayna cəmiyyəti, onun siyasi institutları, dövlət orqanlarında çalışanlar deməlidir:
“Ancaq görürük ki, Ukrayna daxilində bu məsələ cəmiyyəti bir o qədər də narahat etmir. Qərb institutları da bu vəziyyətə riyakarcasına yanaşır. Başqa ölkələrdə kiçik bir problem yaranan kimi, Qərb ona kəskin şəkildə reaksiya sərgiləyir. Amma Ukrayna məsələsində zəif də olsa, məsələyə hansısa bir reaksiya yoxdur. Aydındır ki, onları Zelenski qane edir. Çünki o, Qərbin buyruğu ilə oturub durur. Zelenski də özünü sanki heç nə olmamış kimi aparır. Bununla idarəetmə açarının guya əlində olduğunu göstərməyə çalışır.
Təsadüfi deyil ki, bəzi ölkələrdə Zelenskinin düşmənlərin gülləsinə tuş gəlməsi məsələsi də artıq gündəmdədir. Onlar bildirir ki, Zelenskinin Prezidentlik müddəti bitib, o artıq rəsmi şəxs deyil. Odur ki, adi vətəndaş kimi Zelenski hədəfə çevrilir”.
Ekspert bildirir ki, qanunlara riayət edilməməsi prosesi həm qorxudur, həm də lazımsız presedent yaradır:
“Ölkənin birinci şəxsi məsələyə belə formal yanaşırsa, bu normal sayıla bilməz. Məsələyə Rusiyanın mövqeyi də bəllidir. Kreml mövcud vəziyyətin günahkarı qismində məhz Zelenskini görür. Kiyevin müharibənin genişlənməsində maraqlı olması tək Rusiya rəhbərliyini deyil, həmçinin dünyanın sağlam mövqedən yanaşan cəmiyyətlərini də narahat edir.
Təsadüfi deyil ki, Avropanın siyasi salonlarında da artıq Kiyevə dəstək verməməklə bağlı səslər eşidilir. Onlardan biri Slovakiyanın sui-qəsdə məruz qalan baş naziri və Macarıstan baş naziri Viktor Orbandır. Onlar anlayır ki, rəsmi Kiyevin bu minvalla prosesi dalana aparması fonunda ona dəstək vermək məqbul sayıla bilməz”.
Həmsöhbətimiz hesab edir ki, bu məsələ ilə bağlı rəsmi Kiyev mövqe bildirməlidir:
“Burada Zelenskinin özünü yox, Ali Radanın rəhbərliyini nəzərdə tuturam. Çünki onların səlahiyyətləri hələ dayanmayıb. Hər halda Konstitusiyanın tələblərini yerinə yetirmək məcburiyyət və zərurəti ortadadır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 31.05.2024
Putindən gözlənilməz XƏBƏRDARLIQ – Ukraynada hakimiyyət çevrilişi HAZIRLANIR?
Hazırda oxunan: Putindən gözlənilməz XƏBƏRDARLIQ – Ukraynada hakimiyyət çevrilişi HAZIRLANIR?
Hazırda oxunan: Putindən gözlənilməz XƏBƏRDARLIQ – Ukraynada hakimiyyət çevrilişi HAZIRLANIR?
Putinin Zelenskinin hakimiyyəti ilə bağlı şoka salan açıqlaması və Ukraynada hakimiyyət çevrilişinin hazırlanması iddiaları həaqiqətə uyğun gəlir? Politoloq Tofiq Abbasov mövzuya aydınlıq gətirir və Rusiyanın mövqeyini izah edir.
194863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.