Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
Bizim.Media xəbər verir ki, Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir.
Bu gün 15 ailə olmaqla, 57 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:37 / 30.05.2024
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı - FOTO
Hazırda oxunan: Növbəti köç karvanı Şuşa şəhərinə çatdı - FOTO
Hazırda oxunan: Növbəti köç karvanı Şuşa şəhərinə çatdı - FOTO
Şuşa şəhərinə qayıdış prosesi Böyük Qayıdış çərçivəsində davam edir. Mayın 30-da növbəti köç karvanı Şuşa şəhərinə çatıb, 57 nəfər Şuşa sakini öz yurduna qovuşub. Şuşa şəhərinə 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.
194860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.