Tacir: “Oğlumdan fərqli olaraq, mənim üçün qız tapıb evlənmək “iki vur ikidir”” – VİDEO

Hazırda oxunan: Tacir: “Oğlumdan fərqli olaraq, mənim üçün qız tapıb evlənmək “iki vur ikidir”” – VİDEO

194816

“Oğlum Şahmalını evləndirmək çox çətin məsələdir. Oğluma qız tapa bilmirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.

Sənətçi bildirib ki, övladını evləndirmək istəsə də, ona gəlin tapa bilmir:

“Maraqlıdır ki, oğlum Şahmalıya qız tapa bilmirik. Mənə desələr ki, qız tap evlən, mənim üçün “iki vur ikidir” (gülür). Mən arxayınam ki, həyat yoldaşım indi efirə baxmır”.

Qeyd edək ki, Tacir Şahmalıoğlu iki dəfə ailə həyatı qurub. Müğənni iki oğul və bir qız atasıdır.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin