Masallı rayonunun yeddi kəndində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" (İB) məlumat yayıb.
Bildirilib ki, rayonun Köhnə Alvadı kəndində yeni qaz xəttinin mənbəyə qoşulmasından ötrü
Güllütəpə və Tatyanoba kəndlərinin ümumilikdə 830 abonentinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması nəzərdə tutulur.
Həmçinin rayonunun Musaküçə kəndində yeni qaz tənzimləyicisinin quraşdırılması üçün Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar və Təzəkənd kəndlərinin ümumilikdə 3800 abonentinin qaz təchizatının 31 may saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:45 / 29.05.2024
Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Masallı rayonunun yeddi kəndində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır. Güllütəpə, Tatyanoba, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar və Təzəkənd kəndlərində 830 və 3800 abonentə xidmətin dayandırılması nəzərdə tutulur.
194764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.