Rəisinin öldüyü helikopter qəzası ilə bağlı ikinci hesabat AÇIQLANIB

Hazırda oxunan: Rəisinin öldüyü helikopter qəzası ilə bağlı ikinci hesabat AÇIQLANIB

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası ilə bağlı ikinci hesabat AÇIQLANIB. İran Silahlı Qüvvələri Baş Qərargahının təhqiqatından sonra məlumatlar açıqlanıb.
194759

İran Prezidenti İbrahim Rəisinin helikopterinin təxribat nəticəsində yaranan partlayış zamanı qəzaya uğraması versiyası təkzib edilib.

Bizim.Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının təhqiqatından sonra ikinci hesabatında bildirilib.

“Tədqiqatın nəticələrinə görə, hadisənin aralarındakı məsafəyə və səpələnmə üsuluna əsasən, uçuş zamanı təxribat və ya bir neçə partlayış nəticəsində baş verməsi istisna edilib.
İxtisaslaşmış ekspertlərin hesabatına görə, qəzaya uğrayan helikopterdə elektron döyüş texnikasının izlərinə rast gəlinməyib”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmir Abdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin