"Tavuşda (Bağanıs-Berkaber ərazisində) erməni sərhədçilər birbaşa Ermənistan-Azərbaycan sərhədində xidmət edirlər, amma həmin istiqamətdə silahlı qüvvələrin müntəzəm bölmələri də yerləşir".
Bizim.Media "Sputnik Ermənistan" nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan jurnalistlərə bildirib.
Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv.km) Azərbaycana qaytarılması təmin edilib.
Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Bundan öncə, aprelin 19-da Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrm, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarmağa başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Region
17:44 / 29.05.2024
Qazaxla sərhəddə Ermənistan hərbçiləri xidmət edir? - Erməni generaldan AÇIQLAMA
Hazırda oxunan: Qazaxla sərhəddə Ermənistan hərbçiləri xidmət edir? - Erməni generaldan AÇIQLAMA
Hazırda oxunan: Qazaxla sərhəddə Ermənistan hərbçiləri xidmət edir? - Erməni generaldan AÇIQLAMA
Erməni general Edvard Asryanın sözlərinə görə, Azərbaycanla sərhəddə Ermənistan silahlı qüvvələri mövcuddur. Bağanıs və Tavuş ərazilərində erməni sərhədçilər xidmət edir və silahlı qüvvələrin bölmələri də bu istiqamətdə yerləşir. Delimitasiya prosesində 12,7 km uzunluğundakı sərhəd xətti müəyyən edilib və bir neçə kənd Azərbaycana qaytarılmışdır.
194716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.