Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Zakir Həsənov general-mayoru istefaya göndərdi - FOTO
Qeyd edək ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrə əsasən, general Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.
Bizim.Media