Paşinyan: "Azərbaycanla sülh sazişi tezliklə imzalana bilər"

Hazırda oxunan: Paşinyan: "Azərbaycanla sülh sazişi tezliklə imzalana bilər"

194637

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün sayır.

Bizim.Media xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda sülh müqaviləsi imzalamaq üçün əla fürsətdir:

"Ancaq sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. Ümid edirəm ki, bunlara nail olunacaq. Daha doğrusu, bu razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, daha sonra Soçidə, daha sonra Brüsseldə əldə olunub. Sazişin əsas prinsipləri razılaşdırılıb, yalnız onu sülh müqaviləsinin mətninə köçürmək qalır. İnanıram ki, bizim bu işi tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi daha sonra müzakirə olunacaq başqa bir məsələdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin