"Müəllimlərin işə qəbulu üzrə imtahanı üçün tərtib edilən suallar namizədlərin ali və orta ixtisas təhsili müəssisələrində aldıqları bilik və bacarıqlarına uyğun deyil. Hesab edirəm ki, sualların tərtibatı dəyişməlidir".
Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, belə bir iddia ilə təhsil eksperti Elşən Qafarov çıxış edib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı son illərdə ciddi problemlər və narazılıqlar var.
Ekspert bildirib ki, imtahana düşən suallar yalnız bir kitabda olur. İmtahan verəcək şəxlər isə repititor yanına gedərək bir kitabda olan suallar əsasında hazırlaşırlar. Elşən Qafarov hesab edir ki, imtahanlar şəffaf keçirilsə də, sualların tərtibatı dəyişməlidir.
Məsələ ilə bağlı Təhsil İnstitutundan bildirilib ki, MİQ-in sualları əvvəlcədən ictimaiyyətə açıqlanmış qiymətləndirmə çərçivəsində hazırlanır:
"Uyğunluğu və etibarlılığı yoxlanılmış qiymətləndirmə sualları bazasından seçilərək imtahan təşkil edilir".
Ətraflı süjetdə:
- A-
- A
- A+
Cəmiyyət
21:54 / 28.05.2024
MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: "Ciddi problemlər var" – VİDEO
Hazırda oxunan: MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: "Ciddi problemlər var" – VİDEO
Hazırda oxunan: MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: "Ciddi problemlər var" – VİDEO
Müəllimlərin işə qəbulu üzrə imtahanı ilə bağlı təhsil ekspertlərinin narazılıq bildirdiyi məqalə
194571
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.