Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb - FOTO

Hazırda oxunan: Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb - FOTO

194514

Ölkə ərazisində intensiv yağıntıların və dağ çaylarında müşahidə olunan gursululuq nəticəsində Köndələnçay su anbarlarında da suyun səviyyəsi çoxalıb. Anbarlarda son 3 ilin ən yüksək səviyyəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Köndələnçay su anbarları eyniadlı çay üzərində yerləşir.

Mənbəyini Kiçik Qafqazın 1780 metr hündürlüyü olan Çaxmaq yüksəkliyindən götürən Köndələnçay Füzuli ərazisində Araz çayına qovuşur. Üzərində olan su anbarları Füzuli rayonu Dövlətyarlı, Yuxarı Yağlıvənd və Mirzəcamallı kəndləri ərazisində yerləşir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Atakişi Babayevin verdiyi məlumata görə, hazırda anbarlarında suyun səviyyəsində olan artıma görə, Köndələncay-1 su anbarında 2,1 milyon kubmetr, Köndələncay-2 su anbarında 1,7 milyon kubmetr, Aşağı Köndələnçay su anbarında isə 8 milyon kubmetr su ehtiyatı toplanıb ki, bu da ümumilikdə 11,8 milyon kubmetrə bərabərdir.

Anbarlarda suyun səviyyəsi son 3 ildə demək olar ki, ən yüksək səviyyə kimi qeydə alınıb.

Qeyd edək ki, təmir-bərpadan sonra istifadəyə verilən Köndələnçay su anbarları kompleksi 6 min hektardan çox torpaq sahəsinin suvarılmasına xidmət edir. Həmin sahələrin 5 min hektarı işğaldan azad olunan ərazilərdə olan torpaqlardır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin