Rusiyalı ekspert: “Qalstanyan Sarkisyanla Köçəryanın oyunçağıdır”

Hazırda oxunan: Rusiyalı ekspert: “Qalstanyan Sarkisyanla Köçəryanın oyunçağıdır”

194503

“Erməni müxalifətinin yeni kampaniyası bir gün əvvəl daha ciddi müstəviyə keçdi. Etirazçıların rəsmi lideri Baqrat Qalstanyan katolikos II Qaragenin xeyir-duası ilə kilsə xidmətindən imtina etdi. Baxmayaraq ki, o hələ də keşiş paltarında gəzir. Bu da ona 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak və yeni hərəkata rəhbərlik etmək üçün qanuni imkan verir.

Hazirda isə erməni keşiş və onun tərəfdarları ancaq Paşinyanın istefasını tələb edir. Bununla belə Baqrat Qalstanyanın heç bir siyasi proqramı yoxdur. Bu da o deməkdir ki, Qalstanyan hələ də “siyasi oyuncaq”dan başqa bir şey deyil və onun arxasında hələ də millətçilər- Robert Köçəryan və Serj Sarkisyan dayanır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri yerli KİV-lərə açıqlamasında rusiyalı siyasi ekspert Andrey Petrov deyib.

O bildirib ki, əslində revanşistlər üsyankar keşişin arxasında dayandıqlarını da gizlətmirlər: 

“Qalstanyan hazırda birləşmiş müxalifətdən baş nazirliyə yeganə namizəddir. Onu Robert Köçəryanın “Ermənistan” bloku və Serj Sarkisyanın “Mənim şərəfim var” adlı bloku da dəstəkləyir.
2018-ci ilin məxməri inqilabı zamanı dövlət rəhbərliyindən qovulmuş Sarkisyan və Köçəriyan Azərbaycanla əbədi düşmənçiliyin ideoloqlarıdır. Həm Köçəryan, həm də Sarkisyan uzun illər müxalifət düşərgəsində olsalar da onların heç bir siyasi proqramları yoxdur. Ona görə də onlar Nikol Paşinyandan qurtulmaq üçün marionet Qalstanyandan istifadə edirlər”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin