Xəbər verildiyi kimi bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib. ANAMA əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiyası olunub.
Bizim.Media-ın Qarabağ bürosundan verilən məlumata görə xəsarət alan əməkdaş Ağdam rayon xəstəxanasından Bərdə rayon xəstəxanasına təxliyə edilib.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda mina partlayışı - ANAMA əməkdaşının ayağı amputasiya edilib
Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi Bərdə xəstəxanasında davam etdirilir.
Qeyd edək ki, Baş Prokurorluqda faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu