Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun itkin düşdüyü iddia edilib.
Bizim.Media xəbər verir ki, Orxanın doğma anası Lalə xanım “Səni axtarıram” ictimai-sosial verilişinə gələrək Xarici İşlər Nazirliyinə yazdığı məktubu nümayiş etdirib.
O, 2023-cü ilin oktyabrında sözügedən quruma məktub yazaraq, oğlunun itkin düşdüyünü və yardım istədiyini deyib.
Proqramda iştirak edən aparıcı Sərxan Kərəmoğlu Orxanın Ukraynada bir xanımla qeyri-rəsmi nikahda yaşadığını açıqlayıb:
“Ukraynada yaşadığı qızla gəlib Azərbaycanda yaşadı. Həmin qızla vətəndaş nikahından ayrılandan sonra Bakıya qayıtdı. Oradakı qızın da kim olduğunu bilirik”.
Qeyd edək ki, Orxan illər əvvəl Arifə adlı xanımla ailəli olub. İ.Quliyeva vəfat edəndən sonra onlar boşanıb. Cütlüyün bir oğul övladı var.
Rəşad Əliyev, Bizim.Media