Azərbaycanlı futbolçu Ramil Şeydayev “Kocaelispor”da ümidləri doğrultmayıb.
Bizim.Media xəbər verir ki, millimizin üzvü yayda komandanı tərk edə bilər. Klub Azərbaycan millisinin hücumçusuna 2 milyon avro transfer qiyməti qoyub. Qışda “Buriram”dan (Tailand) İzmit təmsilçisinə keçən Ramilin komandanın ən bahalı futbolçusu olduğu bildirilib.
Ödənilən məbləğ qarşılığında arzulonan oyunu nümayiş etdirməyən Şeydayev də “Kocaelispor”u tərk etməyin əleyhinə deyil. Həmyerlimiz yerli mətbuatın və azarkeşlərin ciddi tənqidi ilə üzləşib.
Qeyd edək ki, Türkiyə 1-ci Liqasında çıxış edən “Kocaelispor” Superliqaya yüksəlmək vəzifəninin öhdəsindən gələ bilməyib. Komanda pley-offda “Çorum”a uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:00 / 28.05.2024
“Kocaelispor” Şeydayevə görə 2 milyon avro istəyir
Hazırda oxunan: “Kocaelispor” Şeydayevə görə 2 milyon avro istəyir
Hazırda oxunan: “Kocaelispor” Şeydayevə görə 2 milyon avro istəyir
Azərbaycanlı futbolçu Ramil Şeydayev, Kocaelispor'dan ayrılabilir. Klub, Şeydayevə 2 milyon avro transfer qiyməti qoyub, lakin oyuncunun performansından razı qalmayıb.
194454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.