“İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır”.
Bizim.Media xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması” mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.
İqlim dəyişikliyinin həmin dövlətlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:
“COP29-a sədrliyimiz zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlərimiz arasında olacaq. Biz Bakıda keçiriləcək COP zamanı İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirməyi planlaşdırırıq. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:09 / 28.05.2024
Prezident: “Kiçik ada dövlətlərinin səslərinin aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik”
Hazırda oxunan: Prezident: “Kiçik ada dövlətlərinin səslərinin aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik”
Hazırda oxunan: Prezident: “Kiçik ada dövlətlərinin səslərinin aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik”
Azərbaycan Prezidenti İlham Əliyev, Antiqua və Barbuda'da keçirilən Beynəlxalq Konfransda kiçik ada dövlətlərinin səslərinin aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyimizi vurğulayıb. COP29 zamanı bu dövlətlərin problemlərinin həlli prioritetlər arasında olacaq.
194410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.