Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı qanunvericilik təkmilləşdirilir - FOTO

Hazırda oxunan: Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı qanunvericilik təkmilləşdirilir - FOTO

194375

Mayın 27-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, komitənin sədri Bəxtiyar Əliyev iclasda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin gündəliyə daxil edildiyini söyləyib.

O diqqətə çatdırıb ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq xüsusi təhsil müəssisələrinin fəaliyyətinin ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsi çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun 13.4-cü maddəsinin ləğv edilməsi zərurəti yaranıb.

Bundan başqa, bu qanunun 20.1-ci maddəsində dəqiqləşdirmə məqsədilə “fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar” ifadəsinin “sağlamlıq imkanları məhdud olan şəxslər” ifadəsi ilə əvəz edilməsi təklif olunur və bu da qanunun bütün sağlamlıq imkanları məhdud şəxslərə şamil edilməsinə imkan verir.
Sonra iclasda çıxış edən komitə üzvləri Ceyhun Məmmədov, Musa Qasımlı, Aqiyə Naxçıvanlı, Etibar Əliyev, Rafael Hüseynov, Fatma Yıldırım, Kamilə Əliyeva, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Tamam Cəfərova, Anar İsgəndərov, Afət Həsənova və Ülviyyə Ağayeva, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təklif olunan dəyişikliklərin əhəmiyyətindən bəhs ediblər, habelə ölkəmizdə təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin